“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın XIV turunda “Arsenal”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az “Goal” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:
“Arsenal” indiyə qədər qarşılaşcağımız ən yaxşı komandadır. “Everton”la oyun (4:0) çətin alındı. Məşq etməyə çox vaxtımız olmayıb və indi qarşıda daha ağır matç var.
“Arsenal”a qarşı cəsarətli olmalıyıq. Oyunu hiss etmək vacibdir. Vacib olan şanslardan maksimum yararlanmaqdır”.
Dekabrın 5-də keçiriləcək “Arsenal” – “Mançester Yunayted” oyununa saat 00:15 start veriləcək.