AZ

Suriyada ara qarışdı - ABŞ ordusu çıxarılır?

Vaşinqton Suriyada baş verənlərə görə ABŞ qüvvələrinin yerləşdirilməsinin dəyişdirilməsinə ehtiyac görmür.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Bildiyim qədər dəyişiklik yoxdur”, - deyə rəsmi söyləyib.

Rayder xatırladıb ki, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində əvvəllər Suriyada 900-ə yaxın ABŞ hərbçisi yerləşdirilib:

“O qüvvələr bir müddətdir Suriyanın şərq və şimal-şərqindədir. Yəni onlar Suriyanın şimal-qərbində, Hələb və Həmada baş verənlərə yaxın deyillər”.

Pentaqon rəsmisi ABŞ-ın hadisələri diqqətlə izləməkdə davam edəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
50
50
teleqraf.com

10Mənbələr