Son zamanlar psixoloqlara qarşı sosial şəbəkələrdə əks fikirlər səslənməsi birmənalı qarşılanmır. Psixoloqları hədəf alan eskpertlər, tanınmış həkimlər bu sahənin hazırda ən gəlirli sahə olduğunu, psixoloqların isti otağında oturub, bahalı kofedən içə-içə boş-boş danışdıqlarını deyirlər. Son illər ölkədə psixoloqların sayının artmasından narahat olanlar bildirirlər ki, digər fırıldaq növləri ilə müqayisədə psixoloq sahəsi təhlükəsizdir, buna görə həbs qorxusu da yoxdur...
Tanınmış psixoloq Nizami Orucov Pravda.az-a səslənən fikirlərlə bağlı açıqlama verərək bilidirib ki, deyilənlərin əsl professional psixoloqla əlaqəsi yoxdur: “Belə cümlələr bilikli, savadlı psixoloq olmaq üçün illərini sərf edən, insanlara professional xidmət üçün çalışan, ali təhsili ilə kifayətlənməyib özünütəhsillə daim məşğul olan insanlara deyil, sadəcə kurs bitirərək özünə birbaşa “psixoloq” deyənlərə aiddir. Hər kəsi bir ad altında birləşdirməyin özü sağlam baxış bucağı olmamaqla yanaşı, realist yanaşma deyil. İnsanlar onsuz da biliyi, savadı həyatlarıını asanlaşdırmaq və daha da keyfiyyətli həyat qurmaq üçün əldə edirlər. Qeyd olunan həyat tərzi savadı ilə peşəsini yerinə yetirənlərin haqqıdır. Və təbiidir. Eyni zamanda da hər bir işin öz çətinliyi var...”
Aytəkin Qardaşova