Hurriyyet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifə başına keççəndən sonra birinci dəfə hansı xarici ölkəyə səfər edəcəyini bəyan edib.
Tramp sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb: "Şənbə günü (dekabrın 7-də) Fransaya, beş il bundan əvvəl baş vermiş dağıdıcı yanğından sonra tam bərpa edilmiş tarixi Notr-Dam kilsəsinin yenidən açılmasında iştirak üçün Parisə gedəcəyini elan etmək mənim üçün böyük şərəfdir.
Prezident Emmanuel Makron Notr-Dam kilsəsinin öz şöhrətinin tam səviyyəsinə qaytarılmasına qədər bərpa edilməsini təmin etməklə möhtəşəm iş görüb. Bu, bizim hamımız üçün xüsusi gün olacaq!"
Hürr Tərcüman