Bakı. Trend:
Astara Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi tədbirlərnəticəsində Azərbaycan Respublikasının ərazisindən tranzit keçməkləİran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yüküaparan daha bir nəqliyyat vasitəsindən külli miqdarda narkotikvasitə aşkar edilib.
Trend bubarədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, idarənin “Cənub-Astara” gömrük postunun idxalnəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgenqurğusu vasitəsilə gömrük baxışı keçirilib.
Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilərmüşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi iləyoxlamaya cəlb edilib.
Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən,falqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olannarkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.