AZ

Rovno vilayətində xarici muzdlular olan hərbi hissəyə zərbə endirilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rovno vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi hissəsinə zərbə endirilib. Zərbə zamanı ərazidə polyak muzdlularının olduğu ehtimal edilir. Bu barədə Nikolayev gizli müqavimət hərəkatının koordinatoru Sergey Lebedev öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə vilayətin şimal hissəsində yerləşən hərbi hissəyə endirilib:
"Əldə olan ilkin məlumata görə, əsas hədəf tankçılar olub. Eşitdiyimizə görə, onlardan bəziləri polyakdır."

Zərbənin nəticələri ilə bağlı dəqiq məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, bir gün əvvəl Lebedev, Xmelnitski vilayətində Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusuna məxsus pilotsuz uçan aparat anbarına zərbə endirdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr