Bakı. Trend:
Türkiyə və Azərbaycanın bank sektorunun rəqəmsallaşdırılmasısahəsində birgə layihələri regional rəqabət qabiliyyətini artıracaqvə beynəlxalq arenada mövqelərini gücləndirəcək.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədrmüavini Mustafa Aydın VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsindəbildirib.
“Türkiyədə tətbiq olunan tənzimləmələr maliyyə qurumlarınınəməliyyatlarının təhlükəsizliyini və şəffaflığını təmin edir,investorların etimadını artırır və onların diqqətini cəlb edir.Azərbaycanda da oxşar yanaşmanın tətbiqi yerli və beynəlxalqinvestorların etimadını gücləndirəcək və ölkənin inkişafına töhfəverəcək. Rəqəmsallaşma ölkələrimiz arasında əməkdaşlığındərinləşdirilməsi üçün unikal imkanlar yaradır.
Rəqəmsal bankçılıq və ödəniş sistemlərinin modernləşdirilməsiyalnız iqtisadi artıma deyil, həm də vətəndaşların maliyyəxidmətlərinə daha asan çıxışını təmin edərək onların iqtisadimüstəqilliyini gücləndirir. Türkiyə və Azərbaycanın bu sahədə birgəlayihələri regional rəqabət qabiliyyətini artıracaq və beynəlxalqarenada mövqelərini gücləndirəcək.
Azərbaycanda sürətlə inkişaf edən fintex ekosistemi iləTürkiyənin uzun illərə dayanan təcrübəsi arasında sinerji regionalliderlik üçün şərait yaradacaq.
Bu cür əməkdaşlıq təkcə bank sektoruna deyil, həm dəistehlakçılara, yerli biznesə və sahibkarlara fayda gətirəcək”, -deyə M.Aydın vurğulayıb.