AZ

"Qarabağın xatirinə bir müddət məktəbsiz, qazsız qala bilərik" - Aqil Abbas

Qarşımızda çıxış edən nazirlər nə Norçevin, nə də Almaniyanın nazirləri deyildi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.

O qeyd edib ki, nazirlər hər şeyi hesablayır.

"Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək.  Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm”,- deputat bildirib.

Seçilən
21
4
modern.az

5Mənbələr