AZ

Tailandın cənubunda daşqınlar 25 nəfərin həyatına son qoyub

Tailandın cənubunda daşqınlar nəticəsində azı 25 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.

Təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması departamentinin məlumatına görə, cənub əyalətlərində uzun sürən leysan yağışları 3,7 minə yaxın yaşayış məntəqəsinin su altında qalmasına səbəb olub.
Təbii fəlakətin nəticələri ümumilikdə 660 mindən çox ev təsərrüfatına ziyan vurub.

Daşqınlardan zərər çəkmiş əyalətlər Taylandın məşhur turist marşrutlarından uzaqda yerləşir. Xəsarət alan turistlər barədə məlumat verilməyib.

Seçilən
17
1
ucnoqta.az

2Mənbələr