AZ

Azərbaycanda yerli ödəniş kartlarının buraxılmasının genişləndirilməsi gələcəkdə müzakirə olunmalıdır - Zakir Nuriyev

Bakı. Trend:

Azərbaycanda yerli ödəniş kartlarının buraxılmasınıngenişləndirilməsi gələcək strateji dövrdə müzakirə olunmalıdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti ZakirNuriyev VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.

“Bu, ekosistemdə rəqabəti gücləndirəcək, tariflərin dahasəmərəli tənzimlənməsinə və infrastrukturun uzunmüddətlidayanıqlılığına töhfə verəcək. Bundan əlavə, bank hesablarınınməsafədən açılması proseduru müasir tələblər nəzərə alınmaqlayenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.

Maliyyə inklüzivliyini təşviq etmək üçün hesabların açılmasızamanı identifikasiya proseslərini sadələşdirmək vacibdir. Maliyyəbazarlarında innovasiyaların tətbiqini sürətləndirmək üçün beləlayihələrin təhlili, planlaşdırılması və həyata keçirilməsinə köməkedəcək innovasiya mərkəzinin yaradılması təklif olunur”, - deyəZ.Nuriyev vurğulayıb.

Seçilən
16
az.trend.az

1Mənbələr