AZ

“Range Rover”dən 9400 dollar oğurlandı

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

Milli.Az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Polisə müraciət edən zərərçəkmiş "Range Rover" markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Seçilən
46
50
milli.az

10Mənbələr