AZ

Baydenin oğlu ilə bağlı qərarı Demokratlar üçün yeni sarsıntı oldu – ÖZƏL

ABŞ-nin hazırkı prezidenti Co Baydenin oğlu Hanter Baydeni əfv etməsi, Respublikaçı Donald Trampın prezident seçkilərindəki qələbəsindən sonra bərpa olunmağa çalışan Demokratlar Partiyası üçün yeni sarsıntıya çevrildi. 

Olaylar.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Məqalədə vurğulanır ki, Baydenin bu addımı partiyanın Trampın hüquq üstünlüyünə qarşı yaratdığı təhlükələri tənqid etmək qabiliyyətini zəiflədir və Demokratları ikiüzlü kimi göstərir. Bu isə partiya üçün mənfi siyasi nəticələrə səbəb ola bilər. Qeyd edək ki, Bayden əvvəllər dəfələrlə oğlunu əfv etməyəcəyini bəyan etmişdi.

The New York Times isə yazır ki, Hanter Bayden ABŞ Ədliyyə Nazirliyinin prokurorlar şöbəsinin əfv üçün tövsiyə etdiyi meyarlara uyğun gəlmir.

Bundan əlavə, keçmiş Pentaqon müşaviri polkovnik Duqlas Makqreqorun sözlərinə görə, Hanter Bayden atası Co Baydenə təzyiq göstərərək onu kompromat açıqlamaqla hədələyib. Bu kompromatın korrupsiya və qanunsuz silah saxlama ilə bağlı işdə əfvi təmin etmək məqsədi güddüyü iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr