AZ

Ayağına tüpürcək inyeksiya edilən qadının əlillik təyinatı aparılıb? - Agentlik rəsmisi AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Həyat yoldaşı tərəfindən ayağına tüpürcək inyeksiya edilən Ruhiyyə Mahmudovaya orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb".
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.
O bildirib ki, R.Mahmudova əlilik təyinatınatına uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq:
"Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Mahmudovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "Forma-88" göndərişində ekspertiza üçün önəmli məlumatlar ətraflı qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də 28.11.2024-cü il tarixdə vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən evində əyani müayinə edilib. Ruhiyyə Mahmudovanın müayinə nəticəsinə əsasən, qanunvericiliyə müvafiq olaraq ona orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb. Vətəndaş buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq".
Aygün Mirakif
Seçilən
5
oxu.az

1Mənbələr