Hizbullah Bağdadı müxalifətçilərin hücumuna qarşı hökumətə dəstək vermək üçün Suriyaya qoşun göndərməyə çağırıb.
APA xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.
Hizbullah sözçüsü qruplaşmanın hələ öz döyüşçülərini Suriyaya göndərməyə qərar vermədiyini, lakin İraqı hərəkətə keçməyə çağırdığın bildirib.
"Biz hesab edirik ki, İraq hökuməti Suriya hökuməti ilə koordinasiyalı şəkildə hərbi qüvvələr göndərmək təşəbbüsü ilə çıxış etməlidir, çünki müxalifətçilər İraqın milli təhlükəsizliyi və regionu üçün təhlükə yaradır", - sözçü bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta