Bu ilin yanvar-oktyabr aylarında ölkədə 27,61 min ton qeyri-üzvi kimyəvi maddələr istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 31,1 faiz və ya 6,55 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 39,7 faiz və ya 960 ton artım qeydə alınıb. Oktyabr ayında 3,38 min ton qeyri-üzvi kimyəvi maddələr istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 6,78 min ton təşkil edib.