Rusiyanın Volqoqrad şəhərində İkinci Dünya müharibəsindən qalmış, Almaniya istehsalı olan 250 kiloqramlıq bomba tapılıb.
O, təhlükəsizlik tədbirləri ilə məhv edilib.
“Cebheinfo.az” xəbər verir ki, Volqoqradın şimalında qazıntılar zamanı işçilər tərəfindən aşkar edilən bomba Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları tərəfindən təhlükəsiz şəkildə çıxarılıb. Mütəxəssislər tarixi bombanın tapıldığı ərazidə lazımi araşdırmalar aparıb və ətraf mühiti təhlükədən uzaq tutaraq məhvetmə prosesini uğurla həyata keçirib.
İllər sonra ortaya çıxan bu təhlükəli sursatın bölgədəki köhnə müharibələrin izlərini günümüzə qədər daşıdığını bildirən səlahiyyətlilər bu cür hadisələrin hər an baş verə biləcəyinə diqqət çəkiblər.