AZ

ABŞ Suriyadakı vəziyyətin deeskalasiyasına çağırıb

ABŞ Dövlət Departamenti Suriyadakı vəziyyətin deeskalasiyasına çağırıb, həmçinin noyabrın 27-dən bu respublikada baş verən hadisələrə görə Amerika siyasətində heç bir dəyişikliyin olmadığını açıqlayıb. Məlumatı “Anadolu” verib. 

“Biz gərginliyin azaldılmasını, mülki əhalinin və azlıq qruplarının müdafiəsini görmək istəyirik, lakin siyasətimiz dəyişməz olaraq qalır. Biz bu vətəndaş müharibəsinə birdəfəlik son qoyacaq ciddi və etibarlı siyasi proses görmək istəyirik”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında bildirib.

Miller Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 2015-ci ildə qəbul etdiyi və Suriyadakı vətəndaş müharibəsini sona çatdırmaq üçün siyasi prosesi irəlilətməyi nəzərdə tutan 2254 saylı qətnaməyə diqqət çəkərək, Suriya rejiminə təsir etmək imkanı olan hər bir ölkəni Əsəd rejiminin öz xalqı ilə dialoq quraraq siyasi prosesə başlaması və ölkədəki vəziyyəti həll etmək üçün BMT qətnamələrini tam yerinə yetirməsi üçün səy göstərməyə çağırıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
10
xalqqazeti.az

1Mənbələr