AZ

Vüqar Həşimovun bacısı: "Hazırda valideynlərimin vəziyyəti ağırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
Bu barədə Oxu.Az-a açıqlama verən Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva valideynlərinin vəziyyətinin ağır olduğunu bildirib.
"Hazırda atamda ağır yanıq xəsarəti var. Həkimlər atamın təcili əməliyyata alınmalı olduğunu bildirərək Yanıq Mərkəzinə göndərdilər. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hazırda cavab gözləyirik. Valideynlərimin vəziyyətləri ağırdır", - deyə S.Allahverdiyeva əlavə edib.
Xatırladaq ki, bu gün Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimova xəsarət alıblar.
Seçilən
17
3
oxu.az

4Mənbələr