AZ

UEFA "Qarabağ"ı yenə də "soydu" - Bu qədər cərimə kəsdi

UEFA "Qarabağ"ı növbəti dəfə cərimələyib.

Publika.az xəbər verir ki, buna təmsilçimizin "Ayaks"a qarşı Bakıda keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək. Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olunduğu üçün isə 12000 avro cərimələnib. Azərbaycan çempionu ümumilikdə 26000 avro ödəməli olacaq.

Xatırladaq ki, UEFA daha əvvəl "Qarabağ"ı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə cavab görüşündə (7:2) yaşananlara görə də 28500 avro cərimələmişdi.

Seçilən
33
publika.az

1Mənbələr