AZ

Ukraynanın NATO-ya dəvəti bir neçə ay çəkə bilər – ÖZƏL

NATO-dan bildirilib ki, Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı qərarın razılaşdırılması prosesi bir neçə ay çəkə bilər. 

Olaylar.az xəbər verir ki,  Şimali Atlantika Alyansının yüksək səviyyəli diplomatlarından biri qeyd edib ki, konsensus əldə etmək üçün yalnız həftələr deyil, aylar da tələb olunacaq.

ABŞ rəsmisi isə 3-4 dekabr tarixlərində keçiriləcək görüşdə Ukraynanın mövqeyinin gələn il necə gücləndiriləcəyinin müzakirə olunacağını vurğulayıb. O, bunun üçün Kiyevə maliyyə yardımı, döyüş sursatlarının təqdim edilməsi və ölkədə səfərbərliyin gücləndirilməsinin zəruri olduğunu bildirib.

Eyni zamanda, Ukraynanın dövlət başçısı Vladimir Zelenski NATO üzvlüyündən başqa bütün təhlükəsizlik zəmanətlərindən rəsmən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri isə bunun yeni məlumatlarla guya "təcavüzün" qarşısını almaq üçün vasitə kimi dəyərləndiriləcəyini düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr