AZ

Rusiyalı jurnalist Pivovarov və komandası Özbəkistanda nə edirmiş?

Xəbər verildiyi kimi, məşhur rusiyalı jurnalist, “Redaktor” YouTube layihəsinin müəllifi Aleksey Pivovarov və onun çəkiliş qrupu Nukusda saxlanılıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin Qaraqalpaqıstan üzrə departamentinin məlumatına görə, rusiyalı jurnalistlər Özbəkistanda müvafiq akkreditasiya olmadan çalışıblar.

“2024-cü il dekabrın 1-də Nukus şəhərində rusiyalı çəkiliş qrupu və bir özbək jurnalist saxlanılıb. İlkin yoxlama nəticəsində müəyyən edilib ki, əcnəbi jurnalistlərin fəaliyyəti ilk növbədə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyindən akkreditasiya alınmadan həyata keçirilib və bu, mövcud qanunvericiliyin pozulması deməkdir”, - deyə agentlik bildirib.

Aydınlaşdırılır ki, saxlanılan şəxslər Nukus şəhər daxili işlər şöbəsində olarkən hadisənin bütün halları yoxlanılıb.

Bundan əvvəl məlum olmuşdu ki, məşhur rusiyalı jurnalist Aleksey Pivovarovun çəkiliş qrupu iki saat yerli polis idarəsində saxlayıb, sonra buraxıblar. Onların Qaraqalpaqıstanla bağlı çəkdikləri bütün kadrlar müsadirə edilib.

Qeyd edək ki, Qaraqalpaqıstan həssas bölgə sayılır, iki il öncə bu muxtar respublikada sosial zəmində hərəkətlənmələr baş verib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr