Bu gün Azərbaycan Basketbol Liqasında V tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günü 1 qarşılaşma keçiriləcək.
B qrupunun liderlərindən olan “Ordu” “Quba”nı qonaq edəcək. Ev sahibləri qalib gələcəyi halda müvəqqəti də olsa liderliyə yüksələcək. Qubalılar isə 2 xal sayəsində mövqelərini yaxşılaşdıracaqlar.
Qeyd edək ki, turun daha 2 matçı sabah keçiriləcək. NTD “Sərhədçi”ni, “Neftçi” Abşeron”u sınağa çəkəcək. Dekabrın 6-da “Naxçıvan” “Sabah”la üz-üzə gələcək. 1 gün sonra “Sumqayıt” “Gəncə”ni sınağa çəkəcək. Tura dekabrın 8-də “Şəki” - “Lənkəran” matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
V tur
B qrupu
3 dekabr
19:00. “Ordu” – "Quba”
“Sərhədçi” İdman Mərkəzi
1 | Gəncə | 4 | 4 | 0 | 340-273 | 8 |
2 | Ordu | 4 | 3 | 1 | 360-301 | 7 |
3 | Lənkəran | 4 | 2 | 2 | 309-334 | 6 |
4 | Şəki | 4 | 2 | 2 | 350-326 | 6 |
5 | Quba | 4 | 1 | 3 | 320-349 | 5 |
6 | Sumqayıt | 4 | 0 | 4 | 295-394 | 4 |
İdman.biz