Tbilisidə ötən gün keçirilən etiraz aksiyasında 34 nəfər saxlanılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik 12 polis əməkdaşının dünən keçirilən aksiya zamanı xəsarət aldığını bildirib. Saxlanılanların bu gün müxtəlif təcridxanalara yerləşdirildiyi qeyd edilib.
Bildirilir ki, etiraz aksiyası zamanı 26 nəfər xəsarət alıb. Yaralananlardan 23-nün etirazçı, 3-nün polis əməkdaşı olduğu qeyd olunur.