AZ

“Gürcüstandakı proseslər sadəcə gürcü xalqını maraqlandırır”- ŞƏRH

“Gürcüstan hadisələrinin Yaxın Şərqə qədər təsir effekti yaratması nisbi xarakter daşıyır. Suriya prosesləri isə böyük ölçüdə Yaxın Şərq regionunun geosiyasi durumunu dəyişəcək”.

Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Gürcüstandakı proseslər sadəcə gürcü xalqını maraqlandırır:

“Məsələ ondadır ki, Gürcüstanın hansı qütbə inteqrasiya etmək istəyi əslində ətraf ölkələrə ciddi təsir etmir. Çünki hər ölkənin öz siyasi xətti var və bu siyasət başqa ölkənin siyasətinə görə aparmır, ancaq iri dövlətlər istisna olmaqla… İndi Gürcüstanda qərbyönümlü hakimiyyətin olması o demək deyil ki, bu Azərbaycan və ya Ermənistana mənfi ya müsbət təsir edəcək. Həmin qərb ölkələrinin özlərinin konkret ölkəyə hesablanan siyasəti var və bunu qonşu ölkələrin siyasəti az təsir edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr