AZ

Azərbaycan Qəzzanın idarəçiliyində iştirak edə bilər

Beynəlxalq Terrorizmlə Mübarizə İnstitutu yaxın gələcəkdə Qəzza bölgəsində yeni idarəçiliyin yaradılması və orada hansı ölkələrin təmsil olunması məsələsini müzakirəyə çıxarıb. Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı bəzi nəticələrin əldə olunduğunu və hansı ölkələri həmin prosesdə gördüklərini ifadə ediblər.

Belə ki, İsrail tərəfi Qəzzada qurulacaq beynəlxalq idarəçilik prosesində Azərbaycanın iştirakını mümkün və vacib sayıb. “Azərbaycan nümayəndələri də daxil olmaqla, söhbətlərdən belə qənaətə gəldik ki, İslam dünyasının nümayəndələrindən və sağlam düşüncəli oyunçularından beynəlxalq administrasiyanın formalaşdırılması məsələsində müəyyən irəliləyiş var”.

İnstitutun açıqlamasında qeyd olunur ki, Azərbaycanla danışqılarda bildirilib ki, Qəzzədə beynəlxalq idarəçilik formalaşsa, misirlilər, səudiyyəlilər gəlsə, orada olanların olması da mümkündür. “Və Qəzzədə əsas idarəetmə funksiyasını kim öz üzərinə götürsə, İsrailə dost ölkələrin də bu prosesə qoşulması mümkündür. Məsələn, Azərbaycan, Qazaxıstan və digər müsəlman dövlətləri kimi ölkələr ola bilər”.

Seçilən
8
1
tribunainfo.az

2Mənbələr