AZ

Azərbaycan COP16 çərçivəsində Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Bakı. Trend:

2-13 dekabr 2024-cü il tarixlərinda Səudiyyə ƏrəbistanıKrallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-ninSəhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı TərəflərKonfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklətəmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki ilmüddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

XİN-dən Trend-ə verilən məlumata görə, sədrlik dövründəölkəmiz həmçinin qurumun Tərəflər Konfransınınvitse-prezidentliyini də həyata keçirəcək.

Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və MərkəziAvropa dövlətləri daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi vəMərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildətəsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətingücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatıvə s. prioritet sahələr müəyyən olunub.

12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COPqərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COPiclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COPsessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarətedir.

Seçilən
23
49
az.trend.az

10Mənbələr