AZ

“Paşinyan siyasi spekulyasiya ilə məşğuldur” - Tofiq Zülfüqarov


“Ermənistan baş naziri əvvəllər COP29-a qədər sülh sazişinin imzalanacağını deyirdi. İndi də bildirir ki, bu ilin sonuna kimi razılaşmanın əldə olunması mümkündür. Maraqlıdır görəsən, ilin sonuna kimi Ermənistanın Konstitusiyası dəyişdirilə bilərmi? Təbii ki, mümkün deyil. Ermənistan baş nazirinin bu açıqlamaları sadəcə siyasi spekulyasiyadır”.

Bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov deyib.



O bildirib ki, öncə konstitusiyanı dəyişsinlər, sonra sülhdən danışsınlar:
“Yalnız Ermənistan tərəfi konstitusiya dəyişəndən sonra Azərbaycan tərəfi bu və ya digər mövzulara baxa bilər. Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Konstitusiyanı nə qədər tez dəyişsələr, sülh sazişi bir o qədər tez imzalanar. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bu iddialardan imtina edilməsini tələb edir. Ona görə də, erməni tərəfi ardıcıl olaraq bəyanatlar verməklə mümkün qədər prosesdən yayınmağa çalışır”.

Sevinc,
BakuPost
Seçilən
25
bakupost.az

1Mənbələr