AZ

Bu ölkələr Ukraynaya qoşun göndərməyə hazırlaşır

Böyük Britaniya və Fransa Ukraynanın Rusiya ilə sülh sazişi bağlayacağı təqdirdə onun təhlükəsizliyinin təmin edilməsi ssenarilərini nəzərdən keçirirlər.

Ölkə.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu NATO-nun yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

"Bu ssenarilərdən biri onların hərbi kontingentinin demarkasiya xəttində yerləşdirilməsidir. Müzakirələr Şimali Atlantika Alyansı səviyyəsində deyil, London və Parisdə aparılır", - deyə bildirilir.

Mətbu orqan London və Parisin belə bir plan hazırlamasının səbəbini ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının Avropa ölkələrinin bu vəziyyətdə konkret olaraq necə hərəkət edə biləcəyini soruşacağı təqdirdə ölkələr variantları hazırlaması ilə izah edib.

Bundan əvvəl KİV-lər Trampın Ukraynada müharibəyə son qoymaq planına xarici hərbçilərin nəzarət edəcəyi bufer zonasının yaradılmasını ehtiva edə biləcəyini yazıb.

Estoniya artıq Avropanı Ukraynaya qoşun göndərməyə hazır olmağa çağırıb. Avropa Birliyi də bildirib ki, hadisələrin belə inkişafı indi istisna oluna bilməz.

Fransa prezidenti Emmanuel Makron daha əvvəl deyib ki, Rusiya ordusu cəbhə xəttini yarıb keçərsə, Paris quru qoşunlarının göndərilməsini müzakirə etməli olacaq.

Mürtəza
Ölkə.Az

Seçilən
28
olke.az

1Mənbələr