Bakı, TurkicWorld
28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatında 5 PKK terrorçusu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada bildirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, “Türkiyə Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı yuvasında vurmağa davam edir. 28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində Metina bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Biz terroru mənbəyində aradan qaldırmağa qərarlı, qətiyyətli və qadirik!”- deyə bildirilib.
Türk Silahlı Kuvvetlerimiz, terör örgütü PKK’yı ininde vurmaya devam ediyor.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 3, 2024
Irak’ın kuzeyine 28-29 Kasım 2024 tarihlerinde düzenlenen hava harekâtı sonucunda Metina bölgesinde 5 PKK'lı terörist etkisiz hâle getirildi.
Terörü kaynağında kurutmakta azimliyiz, kararlıyız,… pic.twitter.com/BxMZUag9Cs