“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva yeni ev heyvanı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, məşhur iş xanımı Ruhiyyə Əliyeva sosial media hesabında yeni ev heyvanı olan kirpisi ilə bağlı maraqlı paylaşım edib.
Paylaşımında Əliyeva kirpisinin görüntülərini izləyiciləri ilə bölüşərək artıq onu evində bəsləyəcəyini bildirib. O, eyni zamanda kirpini pişiyi Simba ilə tanış etdiyini qeyd edib. Kirpinin 1 yaşı olduğunu vurğulayan iş xanımı yeni heyvanının tək qalmaması üçün yaxın vaxtlarda ona daha bir kirpi gətirəcəyini də əlavə edib.
Səmimi paylaşımları və heyvansevərliyi ilə diqqət çəkən Ruhiyyə Əliyevanın bu addımı izləyicilərindən böyük maraq görüb.
Musavat.com