AZ

Kənd yumurtasının qiyməti niyə bahalaşdı?

Bakıda son günlər saxta yumurta satılması iddiaları ilə bağlı xəbər vermişdik. Amma bununla yanaşı təbii kənd yumurtası da var. "Az malın dəyəri qızıl olar" misalı kənd yumurtası nə az, nə çox bazarlarda 50-60 qəpiyə təklif olunur. 

Milli.Az xəbər verir ki, hazırda kənd yumurtasının qiymətində bahalaşma müşahidə olunur.

Bəs bahalaşma nə ilə bağlıdır?

Satıcılar bahalaşmanın səbəbini bu il məhsulun az olması ilə əlaqələndirirlər. 

Bu işlə məşğul olan şəxslər məhsulun az olmasını təsdiqləyirlər. Onlar quşçuluq təsərrüfatının zəiflədiyini qeyd edirlər. Buna səbəb də yemin baha olması, tez-tez dərman vermək ehtiyacı ilə əlaqələndirirlər. 

Əlavə olaraq bildirilir ki, toyuqlara 3 aydan bir xəstəliyə qarşı dərmanlar verilir. Bütün bunların hamısı qiymətə təsir edir. 

Aysel Əkbər
Milli.Az

Seçilən
25
50
milli.az

10Mənbələr