AZ

“PAŞA Bank” VIII Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşıdır

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıda keçirilən, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan VIII Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşıdır.

Bu barədə Fins.az-a bankdan məlumat verilib.

Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbir maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının, fintech şirkətlərinin nümayəndələrini, dövlət və özəl sektordan olan rəhbər şəxsləri bir araya gətirir.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” adı altında keçirilən forumda nağdsız iqtisadiyyata keçid, rəqəmsallaşma və maliyyə texnologiyalarının bankçılıq sahəsinə təsiri kimi mövzular ətraflı müzakirə olunacaq. Tədbirə dəvət edilmiş ekspertlər, maliyyə dayanıqlılığını artıran innovativ strategiyalar və rəqəmsal imkanlardan faydalanmağı təşviq edən ideyalar üzərində fikir mübadiləsi aparacaqlar.

Tədbir çərçivəsində “PAŞA Bank”ın Data departamentinin direktoru İlker Kurtuluş “Bankçılığın gələcəyi: Məlumat əsaslı innovasiyalar və ekosistemin inkişafı” adlı paneldə moderator olaraq iştirak edəcək. Paneldə yerli və beynəlxalq ekspertlər bankçılıq maliyyə ekosistemində məlumatların idarəedilməsi, innovasiyaların və xüsusi ilə süni intellektin tətbiqi kimi mövzuları müzakirə edib, öz təcrübələrini bölüşəcəklər. 

Qeyd edək ki, VIII Beynəlxalq Bankçılıq Forumu öz işini dekarbın 4-də yekunlaşdıracaq.

Zemfira Ms
Fins.az

 

Seçilən
19
3
fins.az

4Mənbələr