"Roma"nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 14-cü turu çərçivəsində "Olimpiko"da "Atalanta"ya qarşı keçirdikləri oyunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 73 yaşlı italyan mütəxəssis bunları söyləyib:
"Nə qədər ki, güc-qüvvəmiz vardı, biz zərbəni zərbə ilə cavablayırdıq. Bu, bəhanə deyil, məni səhv başa düşməyin, amma cümə axşamı Londonda oynamışdıq, səhər isə saat beşdə qayıtmışdıq. Biz yaxşıca bərpa olduq, amma onlar gərəkli müvafiq əvəzetmələri edə bildilər, mənim ixtiyarımda isə "qutudan-qutuya" yarımmüdafiəçi yox idi".