AZ

Gürcüstan Qərbin HƏDƏFİNDƏ: “Beşinci kolon”un istəyir NƏDİR?

“Gürcüstandakı proseslərin bu cür inkişafı əvvəldən proqnozlaşdırılırdı. Hakim partiyanın nümayəndələri seçkilərdən əvvəl bəyanatlarında Gürcüstan müxalifətinin seçkilərə deyil, daha çox seçkilərdən sonrakı vəziyyətə hazırlaşdığına dair fikirlər səsləndirmişdilər. Bu, seçkilərdən sonra davamlı aksiyaların keçiriləcəyinə işarə idi və belə də oldu. Aksiyalar, əsasən, Qərbin təsiri ilə təşkil olunur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Analitik qonşu Gürcüstanda davam edən etiraz aksiyalarının pərdəarxası məqamlarını şərh edib.

Onun sözlərinə görə, Gürcüstanda uzun illərdir fəaliyyət göstərən beynəlxalq donor təşkilatlar və qeyri-hökumət təşkilatları ölkədə geniş ictimai sektorun inkişafına səbəb oldu:

“Lakin bu təşkilatların xarici maliyyə dəstəyi ilə formalaşması son nəticədə ölkədə “beşinci kolon”un yaranmasına gətirib çıxardı. Hazırda həmin qruplar müxalifətə çevrilərək Qərbin sifarişlərini icra edir. “Xarici agentlər haqqında” qanun qəbul edildikdən sonra baş verən aksiyalar Qərbi narahat etsə də, gözlənilən effekti vermədi. 26 oktyabr seçkilərindən sonra keçirilən aksiyalarda kütləviliyin olmaması Qərbi daha radikal metodlara əl atmağa sövq etdi. Bu çərçivədə, Avropa İttifaqının sabiq xarici siyasət nümayəndəsi Cozef Borrel Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün maliyyə yardımı ayrılacağını elan etdi. Eyni zamanda, Qərbin bəzi dövlətləri Gürcüstanda ikinci cəbhənin açılması üçün təzyiq göstərir, Gürcüstan rəsmilərinə Rusiyaya qarşı açıq hərbi mövqe tutmaq üçün müraciətlər edilir. Lakin Gürcüstan hakimiyyəti bu cür addımların ölkəni xaosa sürükləyəcəyini anlayır”.

Siyasi təhlilçi əmindir ki, hakim partiya olan “Gürcü arzusu”nun seçkilərdən sonra Avropa İttifaqı ilə danışıqları dondurmaq barədə qərarı həm ölkə daxilində, həm də beynəlxalq arenada narazılıq doğurdu:

“Bu da hakimiyyət daxilindəki bəzi qruplar arasında da fikir ayrılıqlarına səbəb oldu. Hazırda Gürcüstan hakimiyyəti çətin bir dönəmdən keçir. Əgər vaxtında düzgün qərarlar qəbul edilməzsə, hakimiyyətin zəifləməsi və müxalifətin güclənməsi qaçılmaz olacaq. Bunun qarşısını almaq üçün konkret və qəti addımlar atılmalıdır. Əks halda, hakim partiyanın ətrafındakı dəstək azalacaq və bu, müxalifətin güclənməsinə gətirib çıxaracaq. Gürcüstan hakimiyyəti tələsmədən, lakin qətiyyətlə hərəkət etməli, daxili sabitliyi qorumaq üçün mövcud problemləri strateji yanaşma ilə həll etməlidir. Hakimiyyətin ölkəni xarici təsirlərdən qorumaq və xalqın etimadını bərpa etmək üçün səylərini artırması vacibdir”.

Rafi Müslümov

Seçilən
40
50
yenicag.az

10Mənbələr