Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-nı məhv etməyə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada, 28-29 noyabr tarixlərində İraqın şimalındakı "Metina" bölgəsində hava əməliyyatı keçirildiyi bildirilib.
Əməliyyatda 5 PKK terrorçusu zərərsizləşdirilib.