AZ

Ceyhun Bayramov Nazirlər Şurasında çıxış etdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 28-ci iclasında çıxış edib.

Modern.az xəbər verir ki, C.Bayramov İƏT çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın sektorlar üzrə inkişafı ilə bağlı Azərbaycanın perspektivləri barədə danışıb.

Nazir, həmçinin İƏT regionunda "ECO Vision 2025"ə uyğun olaraq davamlı artım və inkişafın təmin edilməsi üçün gələcək planlar və layihələrdən bəhs edib.

O qeyd edib ki, yaranan regional çağırışlar fonunda nəzərəçarpacaq nəticələrə nail olmaq üçün əməkdaşlıq potensialından istifadə mühüm əhəmiyyət kəsb edir:

"Bölgəmizin xüsusilə nəqliyyat və kommunikasiya sahələrindən, strateji coğrafi və geosiyasi xüsusiyyətlərindən istifadə edən Azərbaycan nəqliyyat infrastrukturunun və dəhlizlərin imkanlarının genişləndirilməsini təmin etmək üçün əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".

Seçilən
45
15
modern.az

10Mənbələr