AZ

Şuşada "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, digər rəsmilər, xarici qonaqlar və Qarabağ Universitetinin tələbələri iştirak ediblər. AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev elm sahəsində gənclərin rolundan söz açıb: "Azərbaycanda 134 elmi müəssisə var və bu müəssisələrdə 14 min tədqiqatçı fəaliyyət göstərir. Onların da əksəriyyəti gənclərdir".

O, Şuşanın Azərbaycanın mirvarisi olduğunu vurğulayaraq tədbirin burada keçirilməsini alqışladığını qeyd edib: "Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür kreativ və maarifləndirici tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlər gələcəkdə gənclər arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq".

Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov isə iştirakçılara uğurlar arzulayıb: "Ümid edirəm, nəticələrimiz mükəmməl olacaq".

AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev gənclərin süni intellektə olan marağından və bu sahədə inkişafın labüdlüyündən danışıb: "Biz süni intellekt və yeni kəşflərdən az istifadə edirik. Bu sahələrdə inkişafın sürətlənməsi üçün gənclər arasında kimya üzrə təhsili də artırmaq, bu sahədə tədqiqatları gücləndirmək lazımdır".

Qeyd edək ki, bağlanış tədbirləri dekabrın 4-də yekunlaşacaq. ("Report")

Seçilən
23
1
ikisahil.az

2Mənbələr