AZ

“Azan vaxtı Ronaldo məşqçidən məşqlərin dayandırılmasını istəyirdi”

Səudiyyə Ərəbistanının “Əl-Diraiyah” komandasında çıxış edən Vəlid Abdullah “Əl Nəsr”in kapitanı Kriştianu Ronaldo ilə bağlı maraqlı fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, o, portuqaliyalı ulduzun azan səslənən zaman məşqçidən məşqləri dayandırmağı xahiş etdiyini bildirib: 

“Əgər məşq zamanı azan səsləndirdisə, Ronaldo məşqçiyə yaxınlaşıb məşqin dayandırılmasını istəyərdi. O, çalışdırıcıya bizim namaza getməli olduğumuzu bildirirdi. Kriştianu İslamla yaxından maraqlanırdı. O, hətta namazın rükətlərini də öyrənməyə çalışırdı”. 

Qeyd edək ki, Vəlid Abdullah Kriştianu Ronaldo ilə birlikdə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edib. 

Seçilən
35
2
qafqazinfo.az

3Mənbələr