AZ

“WhatsApp”da yeni DƏLƏDUZLUQ – Doğmalarınızın adından OĞURLUQ edə bilərlər

Son vaxtlar "WhatsApp"da yeni dələduzluq yayılıb.

Milli.Az xəbər verir ki, vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefonunda olan nömrələrə SMS gedir. Kiberdələduzlar artıq hesabı rahat oğurlaya bilirlər.

Ekspert Azər Əlili qeyd edir ki, sizə hər hansı şəxslər mənşəyi məlum olmayan linklər göndərəndə açmağa tələsməyin. Əks halda, kiberdələduzlar hesabınızı ələ keçirə bilərlər.

Bəs bunun qarşısını necə ala bilərik?

"İlk öncə tanımadığınız şəxsdən link gəlirsə, bu linkə daxil olmayın. Hətta dostlarınızdan belə link gəlsə, ona daxil olmağa tələsməyin. Çünki dostlarınız da bu fırıldaqçılığın qurbanı ola bilər".

Ekspert tövsiyə edir ki, bir çox proqramlara ikili doğrulama tətbiq edilməlidir.

"Bundan əlavə, hesabınızı mailə bağlamaq daha uyğundur. Parollara da diqqətli olmaq lazımdır. Parollarınızı mürəkkəb qoymaq daha məqsədəuyğundur".

Aysel Əkbər
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr