AZ

Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar irəliləməyə davam edir

Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar, Hələb və İdlib vilayətlərindən sonra Həma vilayətində də rejim güvvələrinin nəzarətində olan 16 yaşayış məntəqəsini ələ keçirib.

Son 6 gündür Əsəd rejimi ilə toqquşan qruplar Həma əyaləti, Hələbin mərkəzinin böyük hissəsi və İdlib vilayətindəki bəzi kiçik yaşayış məntəqələrini nəzarətə alıb.

Noyabrın 27-də Suriyanın şimalında, Hələb vilayətinin qərbində rejim qüvvələri ilə rejimə qarşı silahlı qruplar arasında qarşıdurma başlayıb.

Dekabrın 1-də isə Suriya Milli Ordusunun Hələbdə separatçı terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfatın mərkəzi terrordan azad edilib.



Seçilən
3
2
trt.net.tr

3Mənbələr