Abxaziya parlamenti etirazlardan sonra Rusiya ilə razılaşmanı rədd edib. Belə ki, deputatlar oktyabrda müxalifətin etirazlarına səbəb olan Rusiya ilə investisiya müqaviləsinin ratifikasiyasının əleyhinə səs veriblər.
Sakinlər müqavilənin respublikanın mənafeyini pozduğunu düşünür və daxili problemlərin həllini tələb edirlər.
Sənəddə Rusiya şirkətləri üçün güzəştlər nəzərdə tutulurdu, lakin indi onun taleyi qeyri-müəyyən olaraq qalır.
Ülviyyə, Hurriyyet.az