AZ

İlin ən yaxşı modeli hər kəsi şoka saldı – FOTOLAR

Amerikalı trans model Aleks Konsani 2024-cü ilin ən yaxşı modeli seçilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Konsani bu mükafata layiq görülərək moda tarixinə düşüb.

Məşhur adların iştirakı ilə moda dünyasının ən yaxşılarının seçildiyi “British Fashion Awards” mərasimi baş tutub.

Amerikalı model Aleks Konsani “İlin modeli” mükafatını qazanıb. Konsani mükafatı aldığı anları sosial media hesabında paylaşıb. Model Dilarə Fındıkoğlunun hazırladığı libas geyinib.

Consani bu mükafatı alan ilk transgender model oldu.

Qeyd edək ki, Model 2021-ci ildə Tom Ford üçün podiuma çıxıb və daha sonra Alexander McQueen və Versace kimi brendlərin dəfilələrində gəzib.

 

Ceyran

Seçilən
15
2
tribunainfo.az

3Mənbələr