AZ

“Karvan”ın məşqçilərinə və futbolçularına cəza

AFFA İntizam Komitəsi I Liqanın VIII turunda keçirilən “Karvan” – “Qəbələ” oyunundan sonra baş verənlərlə bağlı cəzaları açıqlayıb.

Msport.az xəbər verir ki, yevlaxlıların 2 futbolçusu ağır cəzaya məruz qalıb.

Qarşılaşmanın ardından “Karvan”ın futbolçularından Müşfiq Teymurov hakimləri təhqir edib və aqressiv davranıb, Bəhruz Teymurov isə referilərin ünvanına təhqir yağdırıb. Bu üzdən hər iki oyunçu 4 oyunluq cəzalanıb, “Karvan” 600 manat cərimələnib.

“Karvan”ın məşqçisi Zaur Hacıyev rəqibin baş məşqçisinə hədə-qorxu gəldiyi üçün 5 matçlıq cəzaya məruz qalıb, klubunu 400 manat xərcə salıb. Komandanın baş məşqçisi Kənan Kərimov isə mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəlib, ona sözlə təzyiq göstərməyə cəhd edib. Bu səbəbdən Kərimov 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb, komandası 400 manat cərimələnib.. Sınaq müddəti 3 ay təyin olunub.

Seçilən
31
msport.az

1Mənbələr