AZ

“Müxtəlif siyasi təxribatlar həyata keçirilir”

“Müxtəlif

“Gürcüstanda baş verən hadisələr və Qərbin iştirakı haqqında bir neçə məqamlar var”.

Bu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

O bildirib ki, Qərb ölkələri və Avropa İttifaqının Gürcüstanda demokratik seçilmiş hökumətə qarşı hibrid müharibə aparmaları Qərb səfirləri və ölkələri tərəfindən Gürcüstanın daxili işlərinə müdaxilə etməsi ilə əlaqəlidir: “Növbəti addımlar isə Gürcüstanın müxtəlif ölkələrdə, xüsusən də Qərb ölkələrindəki səfirliklərinə olacaq təzyiqlərdir. Qərb həm Gürcüstanın daxilində, həm də xaricində şəbəkə formalaşdırıb. Birazdan əgər Gürcüstanın daxilində hakimiyyət qüvvələri üstünlüyü ələ keçirsə, o zaman onlar xaricdəki şəbəkələri işə salacaqlar. Bu zaman da onlar Gürcüstanın səfirlikləri qarşısında mitinqlər keçirəcək, oradakı səfirlərə təzyiqlər göstərəcək və bununla da kənardan olsa belə Gürcüstan hökumətinə öz təzyiqlərini göstərmiş olacaqlar”.

E.Telmanoğlu Avropa İttifaqının Gürcüstandakı səfirinin prosesə nəzarət etdiyini vurğulayaraq Qərb ölkələrinin Gürcüstanda sabitliyi pozmaq və regionda qarışıqlıq yaratmaq üçün müxtəlif siyasi təxribatlar həyata keçirdiyini bildirib: “Bu, ümumilikdə bir təhlükə yaradır və hazırkı dövrdə regionda siyasi sabitliyi pozmaq region dövlətləri üçün yarana biləcək böyük təhlükələrin ilkin simptomlarıdır. Bütün bu siyasi proseslərdən çıxan ilkin nəticə odur ki, Qərb ölkələri və Avropa İttifaqı Gürcüstanın daxili işlərinə müdaxilə edərək regionda sabitliyi pozmaq və qarışıqlıq yaratmaq üçün müxtəlif təxribatlar həyata keçirir. Bu isə tək Gürcüstan üçün deyil, ümumilikdə bütün region üçün böyük təhlükə ola bilər”.

Röya İsrafilova

Seçilən
33
xalqcebhesi.az

1Mənbələr