Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
Ekologiya.az-ın xəbərinə görə, bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.