Almaniya kansleri Olaf Şoltsun Kiyevə “Rimowa” brendindən gümüş çamadanla gəlməsi yerli ictimaiyyətin və jurnalistlərin marağına səbəb olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı çoxlu zarafatlar yayılıb.
Bəziləri onun içərisində qəhvə və sendviçlərdən ibarət termos olduğunu irəli sürüblər. Digərləri isə çamadanda Ukrayna üçün 650 milyon avro dəyərində silah-sursat olduğunu bildiriblər. Bundan başqa, kanslerin Kiyevdən nəsə götürmək üçün özü ilə boş çamadan gətirdiyini yazanlar belə tapılıb.
Şolts Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında çamadanda səyahət üçün zəruri əşyaların olduğunu söyləyib.
Musavat.com