AZ

23 ilin telefonu “İphone”dan baha satıldı

Bir vaxtlar dövrünün ən məşhur modeli olan "Siemens S45" Monokoda fantastik qiymətə satılıb.

News24.az xəbər verir ki, Monokoda əyləncə tədbirlərinin birində adi vətəndaş tərəfindən istifadə olunmamış  "Siemens S45"  satışa çıxarılıb. Müştərilərin diqqətini cəlb edən 23 ilin klassik telefonuna bir iş adamı 7980 avro pul verib. Bu da ən son model  “İphone"nun qiymətindən çox bahadır. 

Qeyd edək ki, 2001-ci il buraxılışlı telefon ilklərlə meydana gəlmişdi. İkizolaqlı GSM-900 və GSM-1800 şəbəkələri ilə daha sürətli məlumat ötürülməsi və İnternetə çıxış imkanı verən ilk GPRS mobil telefonu olub. Eyni zamanda, telefon o zaman üçün böyük hesab edilən 360 KB daxili yaddaşa sahib olub. 

Ağa Dadaşzadə

Seçilən
32
news24.az

1Mənbələr