Türkiyədə xarici işlər naziri Hakan Fidanla görüşən İranın xarici işlər naziri Abbas Əraqçi yeni açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi Dəməşq və Ankaradakı təmaslarından sonra dövlət televiziyasına mühüm açıqlamalar verib.
Suriyadakı son hadisələrin müzakirə olunduğu səfərlərdən sonra açıqlama verən Əraqçi, \"Suriyaya səfərim zamanı başda Hələbdəki terror hücumları başda olmaqla son hadisələri ətraflı şəkildə müzakirə etdik. Suriya dövləti Səddam dövründə İraq müharibəsində bizim yanımızda olduğu kimi, biz də bu gün Suriya dövlətinin yanında olacağıq”.
İran, Rusiya və Türkiyə arasında Astana prosesinin davam etdirilməsi lazım olduğunu bildirən Ərakçi, \"7-8 dekabr tarixlərində Dohada İran, Türkiyə və Rusiya xarici işlər nazirləri səviyyəsində Astana Zirvə toplantısını keçirəcəyik\" deyib.
Gülay