“Stalin Leninin təlimlərini təhrif etdi, ordunun qanını repressiyalarla sordu və milyonlarla insanı qətlə yetirdi. Almaniya SSRİ-nin hücumunun qarşısını aldı. Almanlar sizə azadlıq, xoşbəxtlik və demokratiya gətirir”. Bu sözlər Böyük Vətən Müharibəsi dövründə müharibə bölgələrində yayılan alman vərəqələrindəndir.
Ruha zərbənin forması
Napoleon deyirdi: “Mənəvi amil materialın üçdə biridir”. Bir güllə bir əsgəri öldürür. Bir çaxnaşma bütün taqımı uçruma aparır. Ağ vərəqədə yazılan təsirli cümlələr isə ən güclü silaha bəbarərdir. Hitlerə görə Almaniyanın dəhşətli məğlubiyyətinə səbəb düşmən təbliğatı idi. SSRİ-yə hücumda almanlar təkcə səngərlərdə vuruşmurdular. Alman təbliğat maşını həm də Sovet əsgərlərinin psixikasına təsir göstərməyin yollarını axtarırdı. Yeri gəlmişkən, ideyalar çox praqmatik idi. Heç bir halda inqilabdan əvvəlki nizama qayıdış vəd edilmirdi. Kütlələrə təsir mexanizmi diqqətlə işlənilmişdi. Hitlerin sevimli kitablarından biri Qustav Le Bonun “İzdihamın psixologiyası” əsərində kütlə tək bir varlıq kimi təsvir edilirdi. Emosional, axmaq adam mətni deyil, şəkilləri qəbul edir. Bunu təkrar etmək lazım idi. Dəfələrlə təkrarlanan yalan həqiqət kimi qəbul edilir.
Təbliğat istiqamətləri
“Bu yəhudidir, sənin qanından qazanc əldə edir. Onlar Stalinlə razılaşıblar ki, sən ölməli, o isə varlanmalıdır. Komandiriniz qorxaq və axmaqdır. Formanız yöndəmsizdir. Tankınız yararsızdır. Amma almanlara baxın, o, mədənidir və sizi azad etməyə gəlib. Onun gözəl tikişli forması var, əla atıcıdır və qeyri-adi silahı var. Müqavimət əbəsdir!” Başlanğıcda nasist təbliğatının amalı sovet əsgərlərinin qiyamına nail olmaq və onların Vermaxt sıralarına daxil etmək idi. Yeni vərəqələrdə yazılırdı: “Artıq bir çox yerlərdə 52 min Sovet əsgəri öz komandirlərini öldürərək Almaniya tərəfə keçdi”. Ancaq almanlar başa düşdülər ki, bu təbliğat onlara üstünlük gətirməyəcək. Ona görə də başqa tezis ortaya atıldı: “Biz Rusiya ilə deyil, bolşeviklərlə vuruşuruq, bizim sadə insanlarla işimiz yoxdur”, mövzuları gündəmə gətirildi. Tezliklə komandirlərlə bağlı vərəqələr görünməyə başladı: “Şərəfiniz arxa siçovulların nəzarətinə tabe olmağa imkan verirmi?” Daha sonra alman təbliğat maşını fərqli üsula əl atdı. Kəndlilərə şəxsi torpaqlarının vergidən tamamilə azad edilməsi vəd edildi. Onlara din azadlığı söz verildi.Təbliğat materialları müxtəlif formatlarda hazırlanırdı. Salfet kağızından tutmuş, böyük vərəqələrə, əsaslı broşuralara qədər hər şeyə əl atırdılar. Şüşə və ya silah şəklində “oyuncaq” vərəqələr də var idi. Almanların bununla nə demək istədikləri o qədər də aydın deyil. Təbliğat tezislərinə dəmir yolu biletlərinin, pulların üzərində də rast gəlinirdi: “Rus, imtina et!” Bir çox müraciətlər fotoşəkillər və ya rəsmlərlə təsvir edilirdi. Burada kifayət qədər peşəkar və zərərli karikaturalar almanların işinə yarayırdı. Hitlerin təbliğat maşını daha çox “SSRİ-də vətəndaş müharibəsinin tarixi”ndən bəhs edib. Bunun üçün çoxlu illüstrasiyalar çəkilib. Sovet zabitini “yəhudi siyasi təlimatçı” kimi qələmə verirdilər.
Ən mübahisəli şüar
“Yəhudi-siyasi təlimatçını döyün, onun üzü kərpic istəyir!” şüarı yəqin ki, o dövrdə alman təbliğatının ən populyar şüarlarından idi. Hətta almanlarla əməkdaşlıq edənlər də bu şüarı rədd edirdilər. Bu ideya Baltikyanı alman mühacirlərdən gəlmişdi və təbliğat şöbəsində kimsə bu şüarı bəyənmişdi. Beləliklə, 160 milyon nüsxə ilə şüar çap olundu. 1942-ci ilin yazında almanlar anladılar ki, bu mövzunun onların təbliğatına təsiri yoxdur.
Almanlar tərəfə keçən Vlasov
Vlasovun almanlarla əməkdaşlığı heç bir silahlı birləşmənin yaradılması demək deyildi. Vərəqələrdə Vlasovçular döyüşə atılan qüdrətli qüvvə kimi təqdim olunurdu. Vlasovun Almaniya ilə şərəfli sülh və standart alman vədləri (şəxsi və ev toxunulmazlıq və s.) tələb edən “Smolensk müraciətinə” gəlincə, bu vərəqələrin işğal olunmuş ərazilərdə yayılması qadağan edildi.
Erenburqla mübahisə
Erenburq mətnlərinin populyarlığını şübhəsiz ki, polemik vərəqələr sübut edir. Almanlar sadə bir fikri çatdırmağa çalışırdılar: bu yəhudidir yalan danışır. Alman ordusu sivil, mədənidir; həm məhbuslara, həm də mülki şəxslərə hörmətlə yanaşır.
Yüz milyonlarla vərəqə, broşüra və saxta qəzetlər nə dərəcədə təsirli idi?
1941-ci ilin yayında və payızında demək olar ki, bütün məhbuslara vərəqələr verilmişdi. Sovet əsgərləri almanların “şərq ərazilərinin” əhalisinə əsl münasibətini başa düşdükcə və hərbi əsirlərin taleyi haqqında öyrəndikcə təbliğatın effektivliyi azalmağa başladı. İştirakçıların xatirələrinə görə, Stalinqrad döyüşü zamanı, hər yerə səpələnən alman elanlarıın zərrə qədər mənası qalmamışdı. Vlasovun müraciətləri demək olar ki, nasist təbliğatına yeni nəfəs verirdi. Onların ana dili rus dili olduğundan, şüarlarını da təmiz rus dilində uydurmağı gözəl bacarırdılar. Almanlar burada da uğursuz idilər.
Vəli Həsənoğlu,
KONKRET.az