Cari ilin 27-30 noyabr tarixlərində Türkiyə Respublikasının “İstanbul Forum Mərkəzi”ndə dünyanın əksər ölkələrindən sahibkarların və aparıcı şirkətlərin bir araya gəldiyi ən böyük Halal Expo və Sağlamlıq Turizmi sərgisi keçirilib. 100 ölkədən 500 nümayəndənin iştirakı ilə keçirilən sərgidə Naftalan məhsulları da nümayiş olunub.
Sərgidə şəhər İcra Hakimiyyətinin sektor müdiri Ülfət Əliyev və “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin direktoru İlqar Hüseynov iştirak ediblər. Naftalanın təbliği ilə bağlı müvafiq məhsullar nümayiş olunub, həmçinin ziyarətçilərə Beynəlxalq turizm mərkəzi barədə ətraflı məlumat verilib, hədiyyələr təqdim olunub.